Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ŞANLI BAYRAĞIMIZI TEZLİKLƏ QARABAĞDA, XOCALIDA VƏ DİGƏR İŞĞAL OLUNMUŞ TORPAQLARIMIZDA DALĞALANDIRACAĞIQ

0



  •         08.11.2016-cı il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd
    qəsəbəsində 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə yürüş keçirildi. Yeni Azərbaycan Partiyası Xocalı rayon Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən yürüşdə rayon ictmaiyyətinin fəalları, gənclər və məktəblilər iştrak etdilər. Yürüş Heydər Parkından başlayaraq qəsəbənin girişindəki Bayraq Meydanına qədər davam etdi. Yürüş zamanı gənclər şüarlar səsləndirdilər, üçrəngli bayrağımızı qürur hissi ilə dalğalandırdılar.
            Tədbirdə çıxış edən Yap Xocalı rayon Gənclər Birliyinin sədri Aynur Abışova bayrağımızın yaranma tarixində məlumat verdi. O, gənclərin milli atrubutlara dəyər verməsinin vacibliyini qeyd etdi. Aynur Abışova çıxışının sonunda arzu etdi ki, tezliklə düşmən tapdağı altında qalan torpaqlarımızı azad edək, şanlı bayrağımızı Qarabağda, Xocalıda və digər işğal olunmuş torpaqlarımızda dalğalandıraq.




























    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib50 dəfə
    ŞANLI BAYRAĞIMIZI TEZLİKLƏ QARABAĞDA XOCALIDA DİGƏR İŞĞAL OLUNMUŞ TORPAQLARIMIZDA DALĞALANDIRACAĞIQ

    Maraqlı gələ bilər